Elxan Abdullayevdən ittiham və istefaya hazırlıq
24.09.2011 - 19:37
"Oyunumuz alınmadı. Ən çox müdafiədən narazı qaldım". Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"la oyundan sonra AZAL klubunun baş məşqçisi Elxan Abdullayev deyib.
Abdullayev oyunla bağlı fikirlərini daha sonra belə izah edib: "Qarabağ" bu gün sübut etdi ki, bizdə müdafiə xətti yoxdu. Nə qədər çalışsam da, bu səhvləri aradan qaldıra bilmirəm.
Mənə yeni futbolçular lazımdır. Bunun üçün qış “transfer pəncərisi” dönəmini gözləməliyəm. "Qarabağ"la oyundan öncə futbolçularla söhbətim oldu. Onlara bildirdim ki, sizinlə oynamaqdansa, əvəzedici heyətlə mübarizə aparmaq daha yaxşıdır.
Çünki sizinlə onsuz da uduzuram. Ondansa, gənc oyunçulara şans versəm daha yaxşı olar. Azarkeşlərin məni istefasaya çağırmasına gəldikdə isə belə şüarlar eşitməmişəm.
Əgər belə şey olubsa, çox güman ki, qışqıranların çoxusunu uşaqlar təşkil edib. İstefa barədə isə yalnız rəhbərlik tərəfindən mənə hər hansı bir işarəsindən sonra düşünə bilərəm".

0
0