Ölkə çempionunun adı məlum oldu
25.09.2011 - 22:08
Ölkə çempionunun adı məlum oldu
Növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək klublardan biri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, artıq İsveç çempionunun adı məlumdur.

HAİS komandasını 3:1 hesabı ilə məğlub edən “Helsinqborq” 2011-ci il mövsümünün sonuna 3 tur qalmış çempionluğu təmin edib. Ən yaxın izləyicisini 10 xal qabaqlayan yeni çempion tarixində 7-ci dəfə bu titulu qazanıb. Sonuncu dəfə 1999-cu ildə qızıl medallara sahib olan klub 2012/13 mövsümündə Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasına da vəsiqə qazanıb.