Aleksandr Starkovdan gözlənilməz addım
26.09.2011 - 08:28
Aleksandr Starkovdan gözlənilməz addım
Latviya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanda “Bakı” klubunun baş məşqçisi olan Aleksandr Starkov eyni vaxtda çalışdırdığı yığmanın oktyabrdakı görüşlərində güvənəcəyi heyəti müəyyənləşdirib.

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Maltanı qəbul edib 3 gün sonra Xorvatiyanın qonağı olacaq Latviyanın heyətində gözlənilməz yenilik baş verib. Belə ki, son vaxtlar Starkovun da diqqətindən kənar qalan Andrey Rubin yenidən milliyə çağırılıb.

“Qarabağ”la yollarını ayırdıqdan sonra klubsuz qalan yarımmüdafiəçişi son matçlara çağırılmırdı. Lakin veteranın “Simurq”a keçidindən sonra təcrübəli mütəxəssis ona da ehtiyac duyub.

Rubinlə yanaşı Azərbaycan klublarında çıxış edən daha 3 futbolçu da yığmaya çağırılıb. Bunlar qapıçı Pavel Doroşev (“Qəbələ”), müdafiəçi Denis İvanov, hücumçu Maris Verpakovskisdir (hər ikisi “Bakı”).