AFFA-dan qadınlara güzəşt
27.09.2011 - 09:54
AFFA-dan qadınlara güzəşt
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də, saat 21:00-da, Mərdakan qəsəbəsində “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Avstriya oyunu ilə bağlı AFFA yeni layihə tətbiq edəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan – Avstriya oyununu izləmək istəyən qadınlar pulsuz bilet əldə edə biləcəklər.

Bunun üçün «Dalğa Arena»nın qarşısında xüsusi kassa fəaliyyət göstərəcək. Həmin kassanın üzərində «Qadınlar üçün pulsuz bilet» sözləri yazılacaq. Oyunu izləmək istəyən bu qadınlar qarşılaşmanın başlanmasına 2 saat qalmış həmin kassaya yaxınlaşaraq pulsuz bilet ala bilərlər. Hər bir qadının özü ilə gətirəcəyi bir uşaq üçün də pulsuz bilet veriləcək.

Bu məqsədlə «Dalğa Arena»nın 10 B sektoru ayrılıb.