Qus Hiddink Azərbaycanla oyuna 28 futbolçu çağırdı
30.09.2011 - 15:01
Qus Hiddink Azərbaycanla oyuna 28 futbolçu çağırdı
Türkiyə milli komandasının Avro-2012-in seçmə mərhələsində Almaniya və Azərbaycan yığmaları ilə ev oyunlarına ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qus Hiddinkin son 2 görüşə açıqladığı heyətdə 28 futbolçunun adı yer alıb.

Onların arasında zədəlilər – millinin kapitanı Əmrə Belözoğlu ilə Səlcuk İnanın (“Qalatasaray”) da olmağı diqqət çəkir. Hiddink rəsmi oyunlara 22 futbolçu saxlayacaq və heyətdən çıxaracaq 6 futbolçu arasında Əmrə ilə Səlcukun olacağı gözləniləndir.

Oktyabrın 2-də yerli vaxtla saat 17:00-da İstanbulda yığışacaq “ay-ulduzlular” ertəsi ilk məşqə çıxacaq. Hiddink ilk mətbuat konfransını oktyabrın 3-də qaldıqları “Swissotel”də keçirəcək. Hollandiyalı çalışdırıcının jurnalistləri növbəti görüşü oktyabrın 6-da və 10-da olacaq. Yəni bunlar biri Almaniya, digəri millimizlə oyun öncəsi ənənəvi mətbuat konfransıdır.

Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu oktyabrın 11-də İstanbulda “Türk Telekom Arena”da keçiriləcək və Bakı vaxtilə saat 22:00-da başlayacaq.

Qapıçılar - Volkan Dəmirəl (“Fənərbaxça”), Sinan Bolat (“Standard”, Belçika), Tolqa Zəngin (“Trabzonspor”)

Müdafiəçilər - Gökhan Gönül (“Fənərbaxça”), Hakan Balta, Səbri Sarıoğlu, Gökhan Zan, Sərvət Çətin (hamısı “Qalatasaray”), Sərkan Balçı, Rəmzi Giray Kaçar (hər ikisi “Trabzonspor”), Egemen Korkmaz, İsmayıl Köybaşı (hər ikisi “Beşiktaş”), Ömər Toprak (“Bayer”, Almaniya)

Yarımmüdafiəçilər - Selcuk İnan, Yekta Kurtuluş (hər ikisi “Qalatasaray”), Səlcuk Şahin, Əmrə Bəlözoğlu (hər ikisi “Fənərbaxça”), Mehmet Aurelio (“Beşiktaş,) Hamit Altıntop (“Real”, İspaniya), Mehmet Ekici (“Verder”, Almaniya), Tunay Torun (“Herta”, Almaniya), Mehmet Topal (“Valensiya”, İspaniya), Arda Turan (“Atletiko”, İspaniya), Gökhan Töre (“Hamburq”, Almaniya)

Hücumçular – Kazım Kazım (“Qalatasaray”), Burak Yılmaz (“Trabzonspor”), Mövlut Erdinc (PSJ, Fransa), Ümit Bulut (“Tuluza”, Fransa)