Berti Foqts Avstriya və Türkiyə ilə oyunlara 6 hücumçu dəvət etdi
30.09.2011 - 15:21
Berti Foqts Avstriya və Türkiyə ilə oyunlara 6 hücumçu dəvət etdi
Azərbaycan milli komandasının Avro-2012-in seçmə mərhələsində son 2 rəsmi oyunu üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts oktyabrın 7-də Avstriya ilə ev, 4 gün sonra Türkiyə ilə səfər görüşünə 25 futbolçu çağırıb. Bununla əlaqədar oktyabrın 1-dən 7-dək Bakıda, 8-dən 12-dək İstanbulda təlim-məşq toplanışı keçiriləcək.

Ona uğur gətirən ötən 2 oyunda sərəncamında olan futbolçuların hamısına dəvət göndərən Foqtsun indiki siyahısında yer alan AZAL-ın kapitanı Aqil Nəbiyev hələ Qazaxıstanla görüşdə zədələndikdən sonra oynamır. Rauf Əliyev isə “Xəzər Lənkəran”la görüşdə zədələndikdən sonra bir müddətə sıradan çıxıb. Əvəzində “İnter”in kapitanı Vladimir Levin “Qarabağ”ın hücumçusu Vüqar Nadirov zədələrini sağaldaraq, xeyli fasilədən sonra milliyə qayıdıblər. Foqtsun siyahısında hücumçuların çoxluğu diqqət çəkir. Yəni, millimizdə ən azı son 1 ildə bu qədər - 6 hücumçu yer almamışdı.

Qapıçılar - Kamran Ağayev (“Xəzər Lənkəran”), Andrey Popoviç (“Sumqayıt Şəhər”), Aqil Məmmədov (“Bakı”)

Müdafiəçilər - Rəşad Sadıqov (“Qarabağ”), Vladimir Levin (“İnter”), Saşa Yunisoğlu, Vurğun Hüseynov (hər ikisi “Qəbələ”), Aqil Nəbiyev (AZAL) Rail Məlikov, Ruslan Əmircanov (hər ikisi “Neftçi”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”)

Yarımmüdafiəçilər - Ruslan Abışov (“Neftçi”), Aleksandr Çertoqanov, Mahir Şükürov (hər ikisi “Qəbələ”), Rəşad Sadiqov, Namiq Yusifov, Əfran İsmayılov (hamısı “Qarabağ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ufuk Budak (“Frayburq”, Almaniya)

Hücumçular - Branimir Subaşiç (“Xəzər Lənkəran”) Rauf Əliyev, Vüqar Nadirov (hər ikisi “Qarabağ”), Murad Hüseynov (“Qəbələ”), Elşən Məmmədov (AZAL), Vaqif Cavadov (“Volqa”, Rusiya)

Qeyd edək ki, millimizin ölkədən kənarda çıxış edən oyunçularından Cavadov oktyabrın 2-də, Ufuk Budak isə oktyabrın 3-də millinin heyətinə qoşulacaq.