Heybətulla Hacəliyev: İlk döyüşdə həmişə həyacan olur
30.09.2011 - 16:18
Heybətulla Hacəliyev: İlk döyüşdə həmişə həyacan olur
“İlk döyüş həmişə çətin keçir. Çünki idmançıda həyəcan olur. Amma sonradan yarışın ab-havasına alışırsan və hər şey qaydasına düşür”. Bunu apasport.az saytının əməkdaşına milli komandamızın boksçusu Heybətulla Hacəliyev verib.

Bakıda təşkil edilən dünya çempionatında 64 kq-da misirli rəqibi Əli İslamı 17:5 məğlub edən idmançımız qələbədən çox məmundur: “Hamımız London Olimpiadasına lisenziya qazanmaq istəyirik. Bunun üçün yaxşı hazırlıq da keçmişik. Ümid edirəm ki, istəyimi gerçəkləşdirəcəm”.