Kaxaber Sxadadze: “Xəzər Lənkəran” layiqli oyunla birinci yerdədir
30.09.2011 - 21:18
“İlk hissədə aqressiv oynadıq, xüsusilə cinahlarda yaxşı oyun nümayiş etdirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcü mütəxəssis Azərbaycan Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran”la oyunu haqda fikirlərini açıqlayıb: “Hücumda bir az tələsirdik, gənc futbolçuların çoxlu fikirləri olur, bu da çox vaxt aparır. İkinci hissədə “Xəzər Lənkəran” daha yaxşı oynadı, təşəbbüsü ələ aldı. Bu qələbə turnir cədvəlindəki mövqeyimiz baxımından bizə çox lazım idi. “Xəzər Lənkəran” layiqli oyunla birinci yerdədir”.
Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” oyununda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.
Mənbə: pfl.az

0
0