Bakıda meydan oxuyur
01.10.2011 - 00:27
Bakıda meydan oxuyur
64 kq çəki dərəcəsində son Avropa çempionatının gümüş mükafatçısı Tomas Stalker Bakıda da favoritlərdən sayılır. Apasport.az saytının xəbərinə görə, ilk döyüşdə venesuelalı Yoelviz Hernandezi 17:10 hesabı ilə məğlub edən boksçu özünü hamıdan güclü sayır:

“Hazırda əla formadayam. Dünya çempionatına yaxşı hazırlaşmışam. Özümü bu çəkinin favoritlərindən hesab edirəm. Hazırda istənilən rəqibi məğlub edəcək gücdəyəm” – deyə, o, bildirib.
Stalkerin dünya çempionatında növbəti rəqibi burkina-fasolu Romarik Bassole olacaq. Qeyd edək ki, 64 kq çəki dərəcəsindəki təmsilçimiz Heybətulla Hacəliyev də ilk döyüşü qələbə ilə başa vurub. Hacəliyev Stalkerin gümüş medal qazandığı Avropa çempionatında bürünclə kifayətlənmişdi.