Avstriya yığması Bakıya itkilərlə gəlir
03.10.2011 - 11:27
Avstriya yığması Bakıya itkilərlə gəlir
Avro-2012-nin seçmə mərhələsinin növbəti oyununda Azərbaycan millisinin rəqibi olan Avstriya yığması daha 2 itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, mərkəzi avropalılar oktyabrın 7-də Bakıda baş tutacaq oyun öncəsi Martin Harnik və Emanuel Poqatetsin də xidmətindən məhrum olub.

Bu 2 futbolçu zədə üzündən Azərbaycan, 4 gün sonra isə Qazaxıstanla səfər matçlarını buraxacaq. Səfərə təcrübəsiz qapıçılarla çıxan avstriyalıların baş məşqçisi Vili Ruttensteyner artıq baldır əzələsindən xəsarət alan Harnikin əvəzinə Daniel Royeri yığmaya çağırıb. Çalışdırıcı müdafiə xəttində Emanueli kiminlə əvəzləyəcəyinə isə qərar verməyib.