Berti Foqts millimizin son heyətini açıqladı
05.10.2011 - 08:42
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsi çərçivəsində son rəsmi oyunlara heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçimiz Berti Foqtsun oktyabrın 7-də Bakıda (AFFA Futbol Mərkəzi, “Dalğa Arena”) Avstriya, oktyabrın 11-də İstanbulda (“Türk Telekom Arena”) Türkiyə yığması ilə görüşdə sərəncamında 21 futbolçu olacaq. Almaniyalı mütəxəssis ötən həftə açıqladığı heyətdən 5 futbolçunu kənarlaşdırıb. AZAL-ın kapitanı, müdafiəçisi Aqil Nəbiyev zədəli olduğundan, Bakıdakı hazırlığa qatılmadı. “Qəbələ”nin hücumçusu Murad Hüseynov isə millinin təlim-məşq toplanışında iştirak etsə də, zədəli olduğundan, heyətdən çıxarılıb. Müdafiəçi Ruslan Əmircanov (“Neftçi”), yarımmüdafiəçilər Namiq Yusifovla (“Qarabağ”) Arif İsayev (“Qəbələ”) son heyətə salınmayıb.
Qapıçılar - Kamran Ağayev (“Xəzər Lənkəran”), Andrey Popoviç (“Sumqayıt Şəhər”), Aqil Məmmədov (“Bakı”)
Müdafiəçilər - Rəşad Sadıqov (“Qarabağ”), Vladimir Levin (“İnter”), Saşa Yunisoğlu, Vurğun Hüseynov (hər ikisi “Qəbələ”), Rail Məlikov (“Neftçi”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”)
Yarımmüdafiəçilər - Ruslan Abışov (“Neftçi”), Aleksandr Çertoqanov, Mahir Şükürov (hər ikisi “Qəbələ”), Rəşad Sadiqov, Əfran İsmayılov (hər ikisi “Qarabağ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ufuk Budak (“Frayburq”, Almaniya)
Hücumçular - Branimir Subaşiç (“Xəzər Lənkəran”) Rauf Əliyev, Vüqar Nadirov (hər ikisi “Qarabağ”), Elşən Məmmədov (AZAL), Vaqif Cavadov (“Volqa”, Rusiya)

0
0