Avstriya yığması şokda
05.10.2011 - 11:38
Avstriya yığması şokda
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriya yığması növbəti itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, mərkəzi avropalılar oktyabrın 7-də millimiz, 4 gün sonra Qazaxıstanla oyunlarda Mark Yankonun da xidmətindən yararlana bilməyəcək.

Avstriya mətbuatı Hollandiya “Tvente”sində çıxış edən hücumçunun zədələnməsini şok kimi dəyərləndirib. Yanko baş məşqçi əvəzi Villi Ruttensteynerin komandasında 5-ci ciddi itki olub. Söhbət mütəxəssisin açıqladığı heyətdən kənar düşənlərdən gedir. Marka qədər Emanuel Poqatets, Martin Harnik, Frans Şiemer və Yakob Yantçer də millidən kənar düşmüşdü.

Lakin digərlərindən fərqli, Yanko Bakıya gəlmək niyyətindədir. O, oyuna qədər komanda ilə olmağı, onları yanlarında olması ilə ruhlandırmağı vacib sayır.