“Azərbaycana məğlubiyyətdə gənclərimizi günahlandırmaq iyrənclikdir”
07.10.2011 - 14:28
“Azərbaycana məğlubiyyətdə gənclərimizi günahlandırmaq iyrənclikdir”
Azərbaycan milli komandasının Avo-2012-in seçmə mərhələsində son qələbəsini qazandığı Qazaxıstan yığması ilə oyun bu ölkənin mətbuatında müzakirə olmaqda davam edir. Apasport.az saytının məlumatına görə, sentyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda 3:2 hesabı ilə qalib gəldiyimiz görüşdən 1 ay vaxt ötsə də, qazaxlar bu uğursuzluğu unuda bilmirlər.

Bir çox mətbu orqanlar Azərbaycana məğlubiyyətdə gənc futbolçuları günahlandırıblar. Məsələ ilə bağlı münasibətini bildirən Qazaxıstan futbolunun əfsanəvi, veteran oyunçu Timur Seqizbayev gənclərin tərəfini saxlayıb: “Gənc futbolçuları, millinin formasını yenicə geyən 22 yaşlı oğlanları necə günahlandırmaq olar? Bu, nəinki pedaqoji cəhətdən düzgün deyil, həm də çox iyrəncdir. Heç vaxt belə etmək olmaz. Bizim əla gənclərimiz var! Onlara güvənmək lazımdır. Komanda Azərbaycana boşalmış yollandı...Türkiyədə heç bəxtimiz gətirmədi. Bu məyusluq Bakıda öz işini gördü”.