İqor Mitreski: Mən artıq bu haqda Con Toşakı xəbərdar etmişəm
07.10.2011 - 17:14
“Neftçi”nin makedoniyalı futbolçusu İqor Mitreski yığma karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı müdafiəçi Makedoniya mətbuatına açıqlamasında Avro-2012-in seçmə mərhələ oyunlarından sonra millidə çıxışını başa vuracağını açıqlayıb. Yəni oktyabrın 11-də Slovakiya ilə ev oyunu Mitreskinin son matçı olacaq.
Bu gün İrəvanda Ermənistan yığması ilə səfər oyununun iştirakçısı olan İqor gənclərə yol açmaq fikrindədir: “Mənim üçün Ermənistan və Slovakiya ilə oyunlar yığmamızda son matçlar olacaq. Mən artıq bu haqda baş məşqçimiz Con Toşakı xəbərdar etmişəm. Artıq yığmadan getməyin və gənc oyunçulara yol verməyin vaxtıdır. Bundan sonra diqqətimi klub karyerama yönəldib, vaxtımı daha çox ailəmlə keçirmək istəyirəm. Mən yığmamızda 11 il oynadığıma görə xoşbəxtəm. Ancaq bu nəsillə böyük uğura nail ola bilmədiyimizə görə təəssüflənirəm”.
Qeyd edək ki, ötən ilin yayından ölkəmizdə oynayan, “Neftçi”də debüt mövsümündə Azərbaycan çempionu olan Mitreski 2001-ci ildən oynadığı millisində 69 görüşdə 1 qol vurub.

0
0