İngiltərə yığması da Avro-2012-də
08.10.2011 - 09:16
Avro-2012-nin final mərhələsinin daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İngiltərə yığması son turun görüşlərinin nəticəsindən asılı olmayaraq Polşa və Ukraynadakı yarışa vəsiqəni təmin edib. Bu, futbolun yaradıcılarının Çernoqoriya ilə heç-heçə (2:2) etməsindən sonra mümkün olub. Seçmə mərhələni 18 xalla başa vuran ingilislər sabiq yuqoslaviyalılarla xal fərqinin 6-da qalmasını təmin edib.
Qeyd edək ki, İngiltərəyə qədər Almaniya, İspaniya, İtaliya və Hollandiya yığmaları da final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, İngiltərəyə qədər Almaniya, İspaniya, İtaliya və Hollandiya yığmaları da final mərhələsinə vəsiqə qazanıb.
0
0