Milli komandanın futbolçuları baş məşqçiyə sataşdılar
09.10.2011 - 13:37
Avro-2012-nin seçmə mərhələsinin son oyununda Azərbaycan milli komandasının rəqibi olan Türkiyə yığmasının düşərgəsində xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 7-də Almaniya qarşısında alınan məğlubiyyətdən sonra futbolçuları yükləməyə qərar verən Qus Hiddink bunun qarşılığında təhqir olunub.
Hollandiyalı çalışdırıcı oktyabrın 11-dəki son oyun ərəfəsində məşqlərin vaxtını uzadıb. Futbolçular isə hazırlığın həddən artıq uzun sürməsindən o qədər narahat olublar ki. Bunun əvəzini çıxıblar. Belə ki, onlar məşqin başa çatmasını unutmaması üçün Hiddinkə saat bağışlayıblar. Baş məşqçi ilə belə məzələnmək isə bir daha futbolçuların özündənrazılığını göstərib.

0
0