Özil: Türkiyə Azərbaycanı çox asanlıqla məğlub edəcək
09.10.2011 - 15:00
Özil: Türkiyə Azərbaycanı çox asanlıqla məğlub edəcək
“Türkiyə oktyabrın 11-də keçirəcəyi qarşılaşmada çox asanlıqla qələbə qazanacaq. Əslində Azərbaycanı səfərdəki ilk oyunda da məğlub etməliydilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının futbolçusu Məsut Özilin atası Mustafa deyib.

İspaniya “Real”ında çıxış edən əslə n türk yarımmüdafiəçinin valideyni Avro-2012-nin seçmə mərhələsinin son oyunları haqda fikirlərini açıqlayıb. Böyük Özil əslən bağlı olduğu Türkiyə futbolsevərlərinə söz verib ki, qrup 2-cisi olması Almaniya – Belçika matçından asılı olan “ay-ulduzlular” narahat olmaya bilər: “Bunu bacarsaydılar artıq qrup 2-cisi olmuşdular. İndi isə heç narahat olmayın. Oğlum Belçika 2 yerə qatlayacaq”.

Qeyd eək ki, oktyabrın 11-də 15 xallı Belçika Almaniyanın qonağı olacaq. Onların büdrəməsini gözləyən 14 xallı Türkiyə isə Azərbaycanı qəbul edəcək.