Xorvatiya yığması Azərbaycan uduzan məkanda
20.10.2011 - 10:19
Avro-2012-nin pley-off mərhələsində keçiriləcək Türkiyə - Xorvatiya matçının baş tutacağı məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası qarşılaşmanın yerini açıqlayıb. Belə ki, noyabrın 11-də baş tutacaq matç İstanbulun “Tük Telekom Arena”da oynanılacaq. Seçmə mərhələnin son 2 oyununu - Almaniya və Azərbaycanla görüşləri bu stadionda keçirən “ay-ulduzlular” eyni arenada oynamağı lazım bilib. Bu matç Bakı vaxtı ilə 23:05-də başlayacaq. Cavab oyunu isə 4 gün sonra Xorvatiyada baş tutacaq.
Qeyd edək ki, Azərbaycan yığması “Türk Telekom Arena”da 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, Azərbaycan yığması “Türk Telekom Arena”da 0:1 hesabı ilə uduzub.
0
0