Yığmamız dünya çempionatı üçün heyəti açıqladı
20.10.2011 - 23:21
Azərbaycanın aqırlıqqaldırma üzrə milli komandası gələn ayın əvvəlində Parisdə start götürəcək dünya çempionatına hazırlığı davam etdirir. 4 nəfərdən ibarət məşqlər korpusu mötəbər yarışda iştirak edəcək idmançıları artıq müəyyənləşdiriblər. Bu barədə apasport.az saytına Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov məlumat verib.
Onun sözlərinə görə, yığmamızın çalışdırıcıları iştirak ərizəsinə 10 kişi və 2 qadın atlet daxil ediblər. Bunlar Valentin Xristov (56 kq), Elxan Əliquluzadə (62 kq), Sərdar Həsənov, Əfqan Bayramov (hər ikisi – 69 kq), Turan Mirzəyev (77 kq), Namiq Cəmilov, Nailxan Nəbiyev (85 kq), İntiqam Zairov, Əlibəy Səmədov (94 kq), Tornike Kokaya (105), Silviya Angelova (48 kq) və Yuliya Dovqaldır (+75 kq).
Əsgərov bildirib ki, Xristovun planetin ən güclülərinin yarışında mübarizə aparması sual altındadır: “Valentinin dünya çempionatında iştirakı Bolqarıstan Ağır Atletika Federasiyasından asılıdır. Onlar isə bizim federasiyadan çox pul istəyirlər. Hər halda, məşqçilər korpusu onun adını iştirak ərizəsinə əlavə edib. Komandamızda hər şey qaydasındadır. Noyabrın 1-də Parisə yola düşürük”.
Qeyd edək ki, Bolqarıstan tərəfi Xristovun Azərbaycanın adından çıxış etməsi müqabilində 800 min avro istəyir. Bu məbləğ həddən çox hesab olunur. Azərbaycan vətəndaşlığı alan Valentinin milli komandamızın heyətində beynəlxalq yarışlarda körpücüyə çıxması gələn ilin aprelindən sonra baş tuta bilər.
KAMRAN

0
0