250 min avroluq stimul
21.10.2011 - 14:56
Azərbaycan millisinin Avro-2012-in seçmə mərhələsində yer aldığı qrupun qalibi olan Almaniya yığmasının futbolçuları böyük məbləğdə stimullaşdırılıb. Apasport.az saytının məlumatına görə, Almaniya Futbol İttifaqı gələn yay keçiriləcək final mərhələsinin qalibi olacağı halda, Bundestimin hər oyunçusu 250 min avro mükafat alacaq.
Məhz həmin məbləğ yığmanın keçən il dünya çempionu olacağı halda da nəzərdə tutulmuşdu. Ancaq almanlar Cənubi Afrika Respublikasında keçirilən bu mundialda yalnız bürünc medal qazana bildilər.
Məhz həmin məbləğ yığmanın keçən il dünya çempionu olacağı halda da nəzərdə tutulmuşdu. Ancaq almanlar Cənubi Afrika Respublikasında keçirilən bu mundialda yalnız bürünc medal qazana bildilər.
0
0