Yığmamızın üzləri Bolqarıstanı bir-birinə vurublar
25.10.2011 - 13:53
Azərbaycan milli komandasına cəlb edilən bolqarıstanlı legionerlər – Valentin Xristov və Boyanka Kostova ölkələrində növbəti qalmaqala səbəbkar olublar. Apasport.az saytının məlumatına görə, Bolqarıstan Milli Olimpiya Komitəsi (BMOK) və Ağır Atletika Federasiyası (BAAF) arasında yığmamızın üzvləri ilə bağlı qarşıdurma yaranıb.
Belə ki, BMOK-un rəsmisi Stefka Kostadinova Xristov və Kostovanın 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan millisini heyətində çıxış etməsinə icazə verildiyini bildirib. Hətta bununla əlaqədar BAAF-a rəsmi məktub göndərildiyi də vurğulanıb.
Lakin bu məsələ BAAF prezidenti Nedelço Kolevi özündən çıxarıb. Hadisələrə dərhal reaksiya verən qurub başçısı bildirib ki, buna imkan verməyəcəklər: “Bizə Azərbaycan tərəfi cəmi 30 min avro təklif edib. Bu isə gülməli rəqəmdir. Ondansa atletlərimiz Parisdə dünya çempionatında və London-2012-də bu ölkənin şərəfini qorumasınlar və rəqibimiz də kifayət qədər az olsun”.
Kolevin sözlərinə görə, BMOK-un milliləşdirməklə bağlı belə icazə verməsinə heç bir səlahiyyəti çatmır: “Məsələ milliləşdirməyə gəlib çıxanda hətta federasiya belə idman naziri Svilen Neykovdan icazə almalıdır. Bizdə belə informasiya yoxdur ki, Boyanka və Valentinin Azərbaycan adından çıxış etməsinə federasiya icazə verib. Buna da müvafiq olaraq, biz tərəfindən hüquqi sənəd imzalanmayıb”.

0
0