Ağır atletlərimiz dünya çempionatında
31.10.2011 - 11:41
 Ağır atletlərimiz dünya çempionatında
Kiprin Limasol şəhərində ağır atletika üzrə ustalar arasında dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, mundialda ölkəmiz 4 idmançı ilə təmsil olunur.

Noyabrın 5-ə kimi davam edəcək yarışda həmyerlilərimizdən podiuma Akif Alıyev (56 kq, 50-54 yaş), Natiq Ağayev (105 kq, 45-49 yaş) Ağakərim Kərimov (+105 kq, 35-39 yaş), Aftandil Hümbətov (69kq, 35-39 yaş) çıxacaqlar.

Qeyd edək ki, dünya çempionatında 42 ölkədən 450 idmançı mübarizə aparır.