Yığmamızın heyətində dəyişiklik edildi
01.11.2011 - 12:20
Yığmamızın heyətində dəyişiklik edildi
Ağır atletika üzrə Azərbaycan milli komandası Fransaya yola düşüb. Apasport.az saytının məlumatına görə, səfərdə məqsəd Parisdə noyabrın 5-13-də keçiriləcək kişilər arasında 79-cu, qadınlar arasında 22-ci dünya çempionatında iştirak etməkdir.

Yığmamız Bakını tərk etməzdən öncə heyətdə dəyişiklik də edib. Belə ki, millimizin veteran idmançılarından olan Turan Mirzəyev (77 kq) son anda komandadan kənarlaşdırılıb. Ondan fərqli, yenicə yığmamızda iştirakı üçün icazəsi alınan Boyanka Kostova və Valentin Xristov Fransaya aparılıb.

Qeyd edək ki, mundialda Məşqçilər Şurasının rəhbərliyi altında millimizin 11 atleti qüvvəsini sınayacaq.

Qadınlar:

48 kq – Angelova Silviya
53 kq – Boyanka Kostova
+ 75 kq – Yuliya Dovqal

Kişilər

56 kq - Valentin Xristov
69 kq – Sərdar Həsənov və Əfqan Bayramov
85 kq – Namiq Cəmilov və Nailxan Nəbiyev
94 kq - İntiqam Zairov və Əlibəy Səmədov
105 kq - Tornike Kokaya