“Anderlext”in məşqçisi millini çalışdırmaqdan imtina etdi
03.11.2011 - 12:15
“Anderlext”in məşqçisi millini çalışdırmaqdan imtina etdi
Noyabrın 11-də Azərbaycanla yoldaşlıq oyunu keçirəcək Albaniya yığmasının baş məşqçi postuna əsas namizəd olan Besnik Hasi aldığı təklifə cavab verib. Apasport.az saytının məlumatına görə, millinin sabiq kapitanı futbol federasiyasının 4 illik müqavilə təklifindən imtina edib.

Hasi bunu çalışdığı Belçikanın “Anderlext” klubunda qalmaq istəyilə izah edib.

Qeyd edək ki, müqaviləsi bu ilin sonunda başa çatacaq Yosip Kujenin yığmadan ayrılmasından sonra Albaniya millisi baş məşqçisiz qalıb.