Xorvatiya yığmasına növbəti zərbə
10.11.2011 - 09:54
Avro-2012-nin pley-off mərhələsində Türkiyə milli komandasının rəqibi olan Xorvatiya yığması daha 1 zərbə alıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Tottenhem” klubunun futbolçusu Vedran Çorlukanın noyabrın 11-dəki qarşılaşmada komandasına kömək etməsi sual altındadır.
Buna müdafiəçinin zədələnməsi səbəb olub. O, yığmanın Sloveniyanın Çatej şəhərindəki təlim-məşq toplanışı zamanı xəsarət alıb. Vedran hava mübarizəsində komanda yoldaşı ilə toqquşaraq yerə uğursuz enib. Məşqi axsayaraq tərk edən müdafiəçi İstanbula yollanamaq fikrindən daşınmayıb. O, hava limanına da ayağında buz gedib.
Qeyd edək ki, Çorlukayadək Slaven Biliç Lovren və Striniçiçin də xidmətindən məhrum olmuşdu.

0
0