Yığmanın baş məşqçisinin qızı Avro-2012-in himnini yazdı və oxudu
11.11.2011 - 17:30
Ukrayna milli komandasının baş məşqçisi Oleq Bloxinin qızı İrina diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, ötənlərin məşhur futbolçusunun övladı Avro-2012-in himnini yazıb və oxuyub. İrina Bloxinanın yazdığı sözlərə bəstəkar Vladimir Klimaşenko mahnı bəstələyib. Onun adının Ukrayna versiyası “Z’єdnaєmo Vesğ Svіt”, ingilis versiyası “Our Time To Shine”dir.
Hər 2 variant yalnız tənqidçilərin yox, eləcə də müasir dövrün musiqi dahilərinin, o cümlədən İrinanın yaradıcı rəhbəri olan tanınmış rusiyalı bəstəkar, prodüser İqor Krutoyun yüksək rəğbətini qazanıb. Musiqi Krutoyun o qədər xoşuna gəlib ki, artistləri himayəsinə götürüb və mahnının Avro-2012-in rəsmi himni olmağını dəstəkləyəcək.
Qeyd edək ki, Bloxinin sükanı arxasına qayıtdığı Ukrayna Polşa kimi Avro-2012-nin təşkilatçısı olduğundan, birbaşa final mərhələsində oynayacaq.

0
0