İkisi formal, ikisi ölüm-dirim matçı
14.11.2011 - 15:50
Sabah Avro-2012-in pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitənin 4 şəhərində baş tutacaq görüşlərdən sonra gələn ilin iyununda Ukrayna və Polşada keçiriləcək final mərhələsinin son iştirakçıları bəlli olacaq.
Əslində, Xorvatiya və İrlandiya yığmalarının xoşbəxt vəsiqəyə sahib çıxdıqlarını indidən söyləyə bilərik. Hər halda, bu komandalar səfərdə qazandığı böyük hesablı qələbələrlə evdəki cavab oyunlarını formallığa çeviriblər. Bu isə o deməkdir ki, Türkiyə və Estoniya final mərhələsindən kənarda qalmalı olacaq.
Təbii ki, azarkeşlik etdiyimiz qardaş ölkə millisinin məğlubiyyətinə üzülürük. Son Avropa çempionatının bürünc medalçısının bu dəfə final mərhələsində oynamamağı böyük uğursuzluq sayılmalıdır. İstanbuldakı matçda böyük hesabla uduzması azmış kimi, 4 əsas futbolçusu – Əmrə Belözoğlu, Arda Turan, Hakan Balta, Səbri Sarıoğlunu cəzalı duruma düşdüklərinə görə heyətdən kənarlaşdırmalı olan “ay-ulduzlular” Zaqrebə zəifləmiş heyətlə yollanıblar. İndi türklər cavab oyununda şərəfi uğrunda mübarizə aparıb, heç olmasa, seçmə mərhələni təsəlli xarakteri daşıyan qələbə ilə başa vurmalıdır. Buna ilk növbədə çalışmalı olan Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink vəzifəsindən çıxarılacağından, son dəfə komandanı meydana çıxaracaq.
Çexiya yığmasının da final mərhələsinə çıxmaq şansı böyük olsa da, hələ daha bir çətin sınaqdan üzüağ çıxmalıdır. Çünki çexlər səfərdə oynamalı olacaq və Çernoqoriya evdə 2 top fərqini aradan qaldıra bilər. Hər halda, çernoqoriyalılar Avro-2012-in seçmə mərhələsində daha güclü olan İngiltərə ilə ev oyununda (2:2) 2 qol vuraraq, məğlubiyyətdən qaça bildilər. Çexiya səfərdə qol vurarsa, işini xeyli asanlaşdıracaq.
Ən maraqlı cavab oyununun Portuqaliyada keçiriləcəyini desək, yanılmarıq. Çünki ilk oyunlarda heç-heçə nəticələnən yeganə matç Bosniya və Herseqovina – Portuqaliya görüşü oldu. Kriştianu Ronaldonun kapitanı olduğu yığma Zenitsa şəhər stadionunu bostana bənzətdi və qalib gələ bilməməklərini əsas səbəbini qazonun bərbad vəziyyətdə olmasında göstərdi. İndi portuqaliyalılar daha yaxşı ot örtüyünə malik öz stadionda, doğma azarkeşlərinin güclü dəstəyi altında final mərhələsinə çıxmaq vəzifəsini yerinə yetirməlidir.
15 noyabr
23:05. Xorvatiya – Türkiyə
İlk oyun – 3:0
23:15. Çernoqoriya – Çexiya
İlk oyun – 0:2
23:45. İrlandiya – Estoniya
İlk oyun – 4:0
01:00. Portuqaliya – Bosniya və Herseqovina
İlk oyun – 0:0

0
0