Azərbaycan Mayamini fəth etdi
16.11.2011 - 11:37
Azərbaycan Mayamini fəth etdi
ABŞ-ın Mayami şəhərində keçirilən pauerleftinq üzrə (üçnövçülük) dünya çempionatının qalibləri məlum olub. Apasport.az saytının məlumatına görə, turnirdə 4 idmançı ilə təmsil olunan Azərbaycan millisi eyni sayda qızıl medala yiyələnib.

Atletlərimizdən Sadiq Heydərov (100 kq), Raif Süleymanov (125 kq), Bəxtiyar Quliyev (110 kq) və Vüqar Namazov (+140 kq) uğurla çıxış edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Namazov, həmçinin mundialın mütləq çempionu adına da layiq görülüb.

Qeyd edək ki, 24 ölkənin yığmasının qatıldığı dünya çempionatında millimiz komanda hesabında birinci yeri tutub.