Cüdoçularımız Tümenə yollandılar
16.11.2011 - 18:36
Cüdoçularımız Tümenə yollandılar
Noyabrın 18-də Rusiyanın Tümen şəhərində 23 yaşadək gənclər arasında cüdo üzrə Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, üç gün davam edəcək qitə birinciliyində gənclərdən ibarət yığma komandanın məşqçisi Fərhad Məmmədovun rəhbərliyi altında ölkəmizi 9 cüdoçu təmsil edəcək.

Həmyerlilərimizdən Vüqar Şirinli, Orxan Səfərov (hər ikisi 60 kq), Sərxan Əhmədov, Dilqəm Əliyev (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Rüstəm Alimli, Tural Səfquliyev (hər ikisi 81 kq), Şahin Qəhramanov (90 kq) və Turanə Seyidi (52 kq) Rusiyada nəyə qadir olduqlarını göstərəcəklər.
Qeyd edək ki, yarışda ölkəmizi beynəlxalq dərəcəli referi Valeh Məhərrəmov hakim qismində təmsil edəcək.