Gürcüstanlı legioner yığmamızdan ikinci dəfə qovulacaq
16.11.2011 - 23:28
Gürcüstanlı legioner yığmamızdan ikinci dəfə qovulacaq
Gürcüstanlı ağırlıqqaldıran Tornike Kokaya Azərbaycan milli komandasından kənarlaşdırılacaq. Bu haqda Lent.az-a yığmamızın Məşqçilər Şurasında yer alan Avropa və ikiqat dünya çempionu Nizami Paşayev açıqlama verib.

Paşayevin sözlərinə görə, Kokaya Fransanın paytaxtı Parisdə başa çatan dünya çempionatında çox zəif nəticə göstərib. O, 105 kq çəki dərəcəsində 19-cu yeri tutub. Gürcüstanlı legionerlə bağlı yekun qərarı Məşqçilər Şurası verəcək.

Qeyd edək ki, Tornike Kokaya ötən ilin oktyabrında da Azərbaycan yığmasından qovulmuşdu. Həmin vaxt səbəb kimi onun Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatında zəif çıxış etməsi, başqa sözlə, 40 idmançı arasında 33-cü yeri tutması göstərilmişdi. Amma sonradan Kokaya millimizə qaytarılmışdı.