Millimizin üzvü Türkiyə klubuna keçdi
18.11.2011 - 14:45
Millimizin üzvü Türkiyə klubuna keçdi
Azərbaycan millisinin basketbolçusu Renat Urazayev karyerasını ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, idmançımız Türkiyənin “Zirvə Universiteti” klubuna transfer olunub.

O, Qaziantəpdə komandasına kömək etməklə yanaşı, həm də təhsil alacaq.

Qeyd edək ki, bununla da qonşu ölkədə forma geyinən yığmamızın üzvlərinin sayı 3-ə çatıb. Təmsilçilərimizdən Çarlz Devis “Banvitspor”da, Rasim Başak isə “Antalya Böyükşəhər Bələdiyyəsispor”da forma geyinirlər.