AZAL yubileyə qonaq olur
23.11.2011 - 15:20
AZAL yubileyə qonaq olur
Premyer Liqanın XIV turu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, noyabrın 26-da “Şəfa”da AZAL-a qarşı keçiriləcək oyunda gürcüstanlı mütəxəssisin bu postda 100-cü qarşılaşmasına çıxacaq. 2009-cu ilin yayından “İnter”in baş məşqçisi olan Sxadadze indiyədək 99 görüşdə komandaya rəhbərlik edib.

Qeyd edək ki, hazırda Premyer Liqamızda çalışan məşqçilərdən yalnız biri indiki klubunda 100 oyun həddini keçib. Bu, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur.

Kaxaber Sxadadze “İnter”də

turnirOQHMTOPX
Çempionat7737241687-58135
Kubok1283121-827
Birlik kuboku651016-016
Avrokubok41033-63
Cəmi99512820127-72181