Yığmamız lisenziya ardınca yollanır
29.11.2011 - 00:04
Yığmamız lisenziya ardınca yollanır
Dekabrın 1-7-də Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində paralimpiyaçılar arasında Dünya Oyunları keçiriləcək. Milli Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, bu yarışa Azərbaycan atletika üzrə (amputant idmançılar arasında) yığması 8 nəfərlik heyətlə qatılacaq.

2012 ci il London Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli yarışda ölkəmizin idman şərəfini Oloxan Musayev, Mehman Ramazanzadə (hər ikisi nüvəitələmə, diskatma), Samir Nəbiyev (disk atma), Hüseyn Hasanov, Vügar Adışirinov (hər ikisi uzunluğa və üçtəkanla tullanma), Bəhruz Bəşirov, Mədinət Abdullayeva (hər ikisi nüvə itələmə, diskatma, nizəatma) və Allahverdi Allahverdiyev (nüvə itələmə, nizə atma) qoruyacaqlar.