Əsəbi vitse-çempion üçün psixoloji durumu düzəldəcək tur
02.12.2011 - 17:29
Dekabrın 3-də kişi basketbolçular arasında Azərbaycan çempionatında II turun oyunları baş tutacaq. Apasport.az saytının məlumatına görə, günə NTL-Tudor – BDU matçı ilə start veriləcək.
Birinci turda “Qala”ya uduzsa da, rəqibin heyətində “lipa” olduğu üçün texniki qələbəyə sevinən naxçıvanlılar BDU-nu məğlub etmək gücündədir. Lakin “tələbələrin” sensasiya etməsi də mümkündür.
Növbəti qarşılaşmada son çempion “Araz”ın AZTOP-a da gücünü göstərəcəyi şübhəsizdir. Tahir Baxşiyevin rəhbərlik etdiyi komandanın bu dəfə də rəqiblərini böyük hesabla məğlub etməsi gözlənilir.
Axırıncı oyunda isə “Qala” ilk turdakı texniki məğlubiyyətin heyfini “Çağ öyrətim”dən çıxmağa çalışacaq. Çünki Elxan Əliyevin yetirmələri ilk turda qələbə qazanan debütanta uduzarlarsa, bu, komandanın ruhdan düşməsi ilə nəticələnəcək. Məhz bu səbəbdən vitse-çempionun psixoloji durumunu yalnız inamlı qələbə ilə düzəldə bilər.
II tur
3 dekabr
12:00 NTL-Tudor – BDU
13:30 “Araz” – AZTOP
15:00 “Qala” – “Çağ öyrətim”
Qeyd edək ki, Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək.

| 1. Araz | 1 | 1 | 0 | 143-33 | 2 |
|---|---|---|---|---|---|
| 2. NTL-Tudor | 1 | 1 | 0 | 2-0 | 2 |
| 3. Çağ öyrətim | 1 | 1 | 0 | 70-69 | 2 |
| 4. AZTOP | 1 | 0 | 1 | 69-70 | 1 |
| 5. Qala | 1 | 0 | 1 | 0-2 | 1 |
| 6. BDU | 1 | 0 | 1 | 33-143 | 1 |

0
0