Ağır atletlərimiz Londona gedirlər
06.12.2011 - 11:24
Sabah Londonda 2012-ci il Yay Olimpiya Oyunları öncəsi test turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, bu yarışda azərbaycanlı ağır atletlər də çıxış edəcəklər.
Təmsilçilərimizdən kişilərin yarışında İntiqam Zairov (94 kq), zəriflərin mübarizəsində isə Yuliya Dovqal (+75 kq) qüvvəsini sınayacaq. Turnirdə idmançılarımız məşqçilər Maqsum Həsənov və Xanlar Nəbiyevin rəhbərliyi altında çıxış edəcəklər. Həmyerlilərimiz London olimpiadasında ağırlıqqaldırma yarışlarının keçiriləcəyi zalda qüvvələrini sınayacaqlar.
Zairov körpücük üzərində dekabrın 10-u, Dovqal isə 11-də çıxacaq. Hər 2 idmançımızın mübarizə aparacağı çəki dərəcəsi Bakı vaxtı ilə 20.00-da başlayacaq.
Komandamız səfərə dekabrın 7-də yola düşəcək.
Qeyd edək ki, dekabrın 14-ə kimi davam edəcək yarış cəmi 4 çəki dərəcəsində keçiriləcək: kişilərdə 94 və +105 kq, qadınlarda isə 69 və +75 kq.

0
0