London podiumunda möhtəşəm debüt - FOTO
12.12.2011 - 11:53
Böyük Britaniyanın paytaxtı Londonda ağır atletika üzrə 2012-ci ildə baş tutacaq Yay Olimpiya Oyunları öncəsi test turniri keçirilib. Apasport.az saytının məlumatına görə, turnirə qatılan Azərbaycan milli komandasının 2 ağırlıqqaldıranı - İntiqam Zairov (94 kq) və Yuliya Dovqal (+75) bütün rəqiblərindən güclü olublar.
Belə ki, Zairov birdən qaldırmada 171 kq çəkinin öhdəsindən gələrək, bu hərəkətdə birinci olub. O, ardından təkanla qaldırmada 206 kq çəkini ram edib. Bu çəki qızıl medal üçün yetərli olduğundan idmançımız üçüncü cəhddən imtina edib. Toplamda 377 kq nəticə göstərən İntiqam test yarışlarının qalibi adını qazanıb.
Kişilər, 94 kq
1. ZAİROV İNTIQAM (AZƏRBAYCAN) – 377 kq (171 kq + 206 kq)
2. Li Binq (Çin) – 362 kq
3. Matam David (Fransa) – 355 kq
Onun ardınca Yuliya Dovqal da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Milliləşdirilmiş legionerimiz birdən qaldırma hərəkətində əvvəlcə 110, sonra 113, sonda isə 117 kq-ı qaldırıb. Burada ən güclü olan Yuliya təkanla qaldırmada cəmi 2 yanaşma edib. Əvvəlcə 131 kq, sonra isə 138 kq-ı qaldıran Dovqal qızıl medalı təmin etdiyinə görə üçüncü yanaşmadan imtina edib.
Toplamda 255 kq nəticə göstərən idmançımızı çempion adına layiq görülüb.
Qadınlar +75 kq
1. YULİYA DOVQAL (AZƏRBAYCAN) – 255 kq (117 kq + 138 kq)
2. Lidia Valentin (İspaniya) – 254 kq (117 kq + 137 kq)
3. Mami Şimamoto (Yaponiya) – 238 kq (105 kq + 133 kq)

0
0