5 klubdan 33 futbolçu
21.12.2011 - 10:52
Azərbaycan milli komandasının (U-17) heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 23-dən 25-ə qədər Şağan Olimpiya İdman Kompleksində keçiriləcək seleksiya xarakterli təlim-məşq toplanışına qatılacaq futbolçular müəyyənləşib. Baş məşqçi Təbriz Həsənov hazırlıqlara 33 futbolçu çağırıb. Bu oyunçular cəmi 5 klubu təmsil edir: Etibar Süleymanov, Elton Xudadatov, Aqşın Qurbanlı, Ülvi Sarıyev, Əkbər Əhmədov, Pərviz Qaraxanov, Ravil Məhəmmədov, Fəhmin Muradbəyli, Toğrul Həsənzadə (hamısı “Neftçi”), Vüqar Namazəliyev, Əlimərdan Əlimərdanlı, Valeh Seyidov, Yusup Hakimov, Akif Ağayev, Ülvi Süleymanov, Şahvələd Məhərrəmov, Təyyar Məmmədov (hamısı “Bakı”), Ağaseyid Qasımov, Mənsur Nəhavəndi, Ülvi İbazadə, Kənan Hacıyev, Emil Kazımlı, Mövsüm Musayev, Roman Məmmədov (hamısı “İnter”), Elman Mehdiyev, Elnur Mustafayev, Cəlal Qəmbərli, Coşqun Qorçuyev (hamısı “Qarabağ”), Xaqan Məmmədli, Bayram Nuruzadə, Süleyman Piriyev, Turan Təhməzov, Samir Quliyev (hamısı “Sumqayıt Şəhər”).
Mənbə: affa.az
Mənbə: affa.az
0
0