“Valensiya”nın futbolçusu “Qalatasaray”a keçə bilər
26.12.2011 - 17:21
“Valensiya”nın futbolçusu “Qalatasaray”a keçə bilər
“Qalatasaray” daha bir tanınmış futbolçunu transfer etmək niyyətinə düşüb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Portuqaliya yığmasının sabiq futbolçusu Migellə maraqlanır.

“Valensiya”nın 31 yaşlı müdafiəçi artıq bu qış “Qalatasaray”a keçə bilər. Çünki Hollandiya “Ayaks”ından Qreqori van der Vili almağa yaxın olan “yarasalar” eyni mövqedə oynayan portuqaliyalıdan imtina etməyə razılıq verib.

Qeyd edək ki, cari mövsüm “Valensiya”da cəmi 7 oyun keçirən Migel Portuqaliya yığmasındakı karyerasını ötən il bitirib. Millidə 59 oyuna 1 qol vuran müdafiəçi Azərbaycan yığmasına qarşı da oynamaq imkanı qazanıb və hətta Kriştiano Ronaldonun qapımıza vurduğu qola assistentlik də edib.