Həmyerlimiz Hollandiyadan əliboş qayıdır
04.01.2012 - 14:23
Həmyerlimiz Hollandiyadan əliboş qayıdır
Hollandiyanın Qroningen şəhərində keçirilən beynəlxalq şahmat turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 55 zəka sahibinin iştirakı ilə baş tutan yarışda Azərbaycanı təmsil edən Vasif Durarbəyli (2539) ilk “üçlük”dən kənarda qalıb.

Belə ki, 9 oyundan 6 xal toplayan həmyerlimiz əlavə göstəricilərə əsasən 8-ci yeri tutub. Qızıl medala isə Aleksandr Kovçan (2573, Ukrayna) layiq görülüb. O, Durarbəylidən 1 xal çox toplayıb.

Qeyd edək ki, 55 şahmatçı 16 ölkəni təmsil edib.