Samuel Eto’O Kamerun prezidenti tərəfindən əfv olundu
05.01.2012 - 09:50
Kamerun milli komandasının kapitanı Samuel Eto’O bağışlanıb. Apasport.az saytının məlumatına görə, ölkənin futbol federasiyası “Anji”nin 31 yaşlı hücumçusu haqda çıxardığı 15 oyunluq cəzanı ləğv edib. Samuel Əlcəzair yığması ilə yoldaşlıq görüşünün ləğvinə gətirən qiyama görə ağır cəzalandırılmışdı. Maraqlıdır ki, dünya şöhrətli futbolçu Kamerun prezidenti Pol Biyanın işə müdaxiləsindən sonra əfv olunub. Ölkə başçısı bununla bağlı müvafiq göstəriş verib.
0
0