“Bakı” ilk sınağını “Şəfa”da verəcək
10.01.2012 - 13:36
“Bakı” ilk sınağını “Şəfa”da verəcək
Azərbaycanda yeni fəaliyyətə başlayan “Bakı Sualtı Ovçular Klubu” İctimai Birliyinin keçirəcəyi ilk yarışın başlama tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, ölkəmizdə yenicə təşəkkül tapan bu idman növü üzrə turnir yanvarın 22-də “Şəfa” stadionunun hovuzlarından birində baş tutacaq.

Yarışda idmançılar sualtı hədəfləri vurmağa çalışacaqlar.

Qeyd edək ki, bu klubun əsas məqsədi sualtı ovun və digər aktiv su istirahəti idman növlərinin inkişaf etdirilməsidir.