Belə də “siftə” olar
15.01.2012 - 12:21
Belə də “siftə” olar
Azərbaycan futbolu üçün 2012-ci il uğursuz başladı. Apasport.az saytının məlumatına görə, Əjdaha ilinə həm milli, həm də klub səviyyəsində biabırçı məğlubiyyətlərlə başladıq.

2012-ci ilin ilk beynəlxalq oyununu keçirən yığmamız olan U-19 Rusiyada təşkil olunan Valentikin Qranatkinin xatirəsinə həsr olunan turnirə rüsvayçı məğlubiyyətlə başlamışdı. Vəli Qasımovun yetirmələri Finlandiya qarşısında aciz qalmışdılar – 0:7.

Klub səviyyəsində “siftə” isə “Bakı”dan gəldi. Klublarımızın beynəlxalq arenada ilk oyununda Aleksandr Starkovun yetirmələri biabırçı yenilgi aldı. Təmsilçimiz Antalyadakı yoxlama oyununda Hollandiya klubu “Alkmaar”dan 5 zərbə aldı – 1:5.