Qurban Qurbanovun Barselona təəssüratları
17.01.2012 - 23:17
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun “Barselona”da keçdiyi təcrübə müddəti başa çatıb. Apasport.az saytının xəbərinə görə, gənc çalışdırıcı Antalyaya dönərək komandasının düşərgəsinə qoşulub.
O, klubun saytına səfərlə bağlı təəssüratlarını bildirib: “İlk öncə onu deyim ki, olduqca faydalı səfər oldu. Hətta deyərdim ki, gözlədiyimizdən də səmərəli keçdi. Proqramımız yaxşı tərtib olunmuşdu. Bizi çox isti qarşıladılar. Səfər müddətində faydalı görüşlərimiz baş tutdu".
Qurbanov İspaniyada bir neçə matçı stadiondan izlədiyini deyib: "Öncə "Barselona"nın ölkə kubokunda "Osasuna" ilə oyununu izləməyi planlaşdırsaq da, müəyyən görüşlər səbəbindən səfərimizi təxirə saldıq. Əvəzində "Espanyol"un "Kordoba"nı 4:2 hesabıyla məğlub etdiyi oyunu izlədik. "Barselona`nın çempionatda "Real Betis"i eyni hesabla məğlub etdiyi oyunda da stadionda idik.
Əsas komandayla yanaşı 7 yaşından əvəzedicilərə qədər bütün yaş qruplarının məşqlərində olduq. "Barselona"nın dünyanın ən güclüsü olduğunu "göy-qırmızı"ların bütün yaş qruplarının fəlsəfəsinin eyni olmasında gördüm. Ümumilikdə isə səfərlə bağlı yalnız xoş xatirələrim var”.

0
0