Azərbaycan çempionu Fransadan bombardir kimi qayıdır
18.01.2012 - 01:19
Azərbaycan çempionu Fransadan bombardir kimi qayıdır
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Myulhaus” (Fransa) – “Rabitə” (Azərbaycan) matçının ən yaxşı voleybolçusu məlum olub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi oyunun bombardiri adını Mira Qoluboviç qazanıb.

O, ötən il heyətində Azərbaycan çempionu olduğu komandanın aktivinə 14 xal yazıb. Zoran Qayiçin digər yetirmələri – Natalya Məmmədova və Sanya Staroviç hərəyə 10, Nataşa Krsmanoviç 9, Dobriana Rabadjiyeva 6 və İrina Jukova 5 dəqiq zərbə vurublar.

“Myulhaus”da isə Anna Ribaczevski daha məhsuldar olub. O, komandasının aktivinə 8 xal yazdırıb.

Qeyd edək ki, “Rabitə” qrup mərhələsini ikinci yerdə başa vuraraq, 1/8 finala yüksəlib.