3 medaldan ikisini Məmmədyarova bacıları qazandılar
18.01.2012 - 13:58
3 medaldan ikisini Məmmədyarova bacıları qazandılar
Qadın şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 12 zəka sahibinin iştirakı ilə keçirilən yarışın qalibi aadını Türkan Məmmədyarova (2262) qazanıb.

O, 11 mümkün xaldan 8,5-ni toplayaraq, ötən ilki titulunu qoruyub. Çempionatın gümüş medalı Türkanın bacısı Zeynəbə (2318) qismət olub. O, 8 xal yığıb. Üçüncü yeri isə Zeynəbdən 0,5 xal az toplayan Gülnar Məmmədova tutub.

Qeyd edək ki, Məmmədova Xəyalə İsgəndərova ilə eyni xal toplasa da (7,5), əlavə göstəricilərə görə onu üstələyib.