İlk qələbə üçün fantastik mükafat
22.01.2012 - 14:38
İlk qələbə üçün fantastik mükafat
Afrikanın ən yaxşı milli komandalarının iştirakı ilə qitə çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Ekvatorial Qvineya və Qabonun birgə ev sahibliyi etdiyi Afrika Millətlər kubokunun ilk oyun günündə 2 qarşılaşma baş tutub.

A qrupu çərçivəsində keçirilən ilk tur sensasiya ilə yadda qalıb. Seneqal milli komandası gözlənilmədən Zambiya yığmasına 1:2 hesabı ilə uduzub. Günün digər matçında isə Ekvatorial Qvineya Liviyaya 1:0 hesabı ilə qalib gəlib.

Bununla da turnirin təşkilatçı ölkələrindən biri olan Ekvatorial Qvineya Afrika Millətlər Kubokunda açılış oyununda görünməmiş mükafata sahib olub. Onlara Futbol Federasiyası tərəfindən Liviya yığmasına qalib gəldiyi üçün 1 milyon dollar verəcək. Üstəlik, meydan sahiblərinin qol vuran futbolçusu 20 min dollar qazanacaq. Mükafatlar ölkə prezidentinin oğlu Teodoro Nquema Obianqa Manquenin şəxsi vəsaitindən ödəniləcək.

Qeyd edək ki, yarışda “qara qitə”nin ən güclü 16 yığması mübarizə aparır.