“Xəzər Lənkəran”ın “qapıçısı” qəzaya düşdü
25.01.2012 - 10:47
“Xəzər Lənkəran”ın “qapıçısı” qəzaya düşdü
Serbiya milli komandasının və “Partizan” klubunun qapıçısı Vladimir Stoykoviç xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl adı “Xəzər Lənkəran” klubu ilə yanaşı hallanan qolkiper avtomobil qəzasına düşüb. Vladimir hadisə zamanı sürücünün yanında əyləşibmiş. Qarşıdan gələn avtomobil də məhz o istiqamətdən maşına çırpılıb. Zərbədən Stoykoviç əyləşən avtomobil qarşı yol zolağına “uçub”. Elə orada da digər maşınla toqquşan Stoykoviçin bəxti gətirib ki, qəzadan ciddi xəsarətsiz qurtulub.