Slavço Georgiyevski: Çox istərdim ki, gələcəkdə belə qüsurlar aradan qaldırılsın
29.01.2012 - 19:18
Slavço Georgiyevski: Çox istərdim ki, gələcəkdə belə qüsurlar aradan qaldırılsın
“Neftçi"nin makedoniyalı futbolçusu Slavço Georgiyevski iştirak etdikləri Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir haqda fikirlərini bildirib. Apasport.az-ın məlumatına görə, yarımmüdafiəçi klubunun rəsmi saytına açıqlamasında belə bir turnirə qatılmağın komandaları üçün əhəmiyyətli olduğunu bildirib. O, fikrini güclü komandalarla mübarizə aparacaqları ilə əsaslandırıb: “Avropanın müxtəlif ölkələrinin komandaları ilə oynamaq avrokubok görüşlərində köməyimizə gələcək. Düzdür, turnirin təqvimindən narazıyam. Ona görə ki, biz 24 saat ərzində 2 oyun keçirəcəyimiz halda rəqiblərin istirahət etməyə daha çox vaxtı olacaq. Məsələn, dünən ilk oyununu keçirən ikinci rəqibimiz Polşanın "Poloniya" klubu bizdən fərqli olaraq bu gün istirahət edib, sabah yenidən meydana çıxacaq. Çox istərdim ki, gələcəkdə belə qüsurlar aradan götürülsün".