23 cüdoçumuz 1 medal qazana bilmədi
30.01.2012 - 14:32
23 cüdoçumuz 1 medal qazana bilmədi
Gürcüstanın paytaxtı Tiflisdə kişi cüdoçular arasında keçirilən Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan milli komandası üçün uğursuz alınıb.

Belə ki, səfərə 23 cüdoçu ilə yollanan yığmamız medal üzünə həsrət qalıb. Ən yaxşı nəticəni isə Elxan Rəcəbli (81 kq) və Kənan Nəbiyev (90 kq) göstəriblər ki, onlar da 5-ci yeri tutublar.

Qeyd edək ki, Dünya Kuboku London-2012-yə lisenziya xalı verirdi.