Millimizin sabiq baş məşqçisi medallarını hədiyyə etdi
02.02.2012 - 16:55
Millimizin sabiq baş məşqçisi medallarını hədiyyə etdi
Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Yanko Rusev medallarını hədiyyə edib. Apasport.az saytının məlumatına görə, Olimpiya çempionu doğma vətəni – Bolqarıstanda Milli İdman Akademiyasının “Olimpiya” restoranının qonağı olduğu zaman bu addımı atıb.

O, bildirib ki, medalların burada muzeydə yer alması daha məqsədəuyğundur: “Bu restoran Fransanın “Olimpik” klubunun şərəfinə belə adlandırılıb. Burada çox möhtəşəm medallar və mükafatlar saxlanılır. Mən də bunun üçün belə addım atdım”.

Qeyd edək ki, 53 yaşlı Rusev 2009-2011-ci illərdə millimizi çalışdırıb.